İlham Əliyev: ''Kimsə özünü toxunulmaz hesab etməsin''

İlham Əliyev: ''Kimsə özünü toxunulmaz hesab etməsin''

Hazırda oxunan: İlham Əliyev: ''Kimsə özünü toxunulmaz hesab etməsin''

8889

''Azad edilmiş torpaqlarda hər şey planlı şəkildə aparılmalıdır, düzgün aparılmalıdır. Azad edilmiş torpaqların idarə edilməsi ilə bağlı məndə fikirlər var. Bu fikirlər yaxın zamanlarda həyata keçiriləcək. O bölgələrdə mövcud olan vəziyyətə uyğun müasir idarəetmə sistemi qurulmalıdır ki, orada hər şey planlı şəkildə təmin edilsin''.

Bizim.Media xəbər verir ki, Azərbaycan respublikasının Prezidenti İlham Əliyev AzTV-yə müsahibəsində belə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

''Ermənistan da deyəcək ki, onların da bizimlə heç bir problemi yoxdur'' - Prezident


Dövlət başçısı bildirib ki, ölkəmizin müxtəlif yerlərində nəzarətsizlik ucbatından bəzi xoşagəlməz hallar  baş verir:

''Bəzi yerlərdə torpaqlar zəbt edilir, insanların əlindən alınır, qeyri-ədalətli şəkildə bölünür. O cümlədən su resursları qeyri-ədalətli şəkildə bölünür, bəzilərinə su çatır, bəzilərinə su çatmır.

Bütün bunlar bizə yaraşmır. Biz özümüzü bu qüsurlardan təmizləməliyik və təmizləyirik.

Təmizləmə prosesi gedir və gedəcək. Hər kəs bunu bilsin. Heç kim hesab etməsin ki, onun hansısa xüsusi imtiyazı var. Yaxud da ki, kimsə özünü toxunulmaz hesab etməsin.

Azad edilmiş torpaqlarda hər şey demək olar ki, dağıdılıb. Ona görə biz elə bir inkişaf modeli qurmalıyıq ki, ondan sonra biz onu bütün başqa torpaqlara da, necə deyərlər, transfer edə bilək, mövcud qüsurlar aradan qalxsın və ölkəmizin uğurlu inkişafı təmin edilsin''.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO