“Apple”dan Rusiyaya TƏLƏB – “Dövlət KİV-lərinin səhifələrini bağlayın”

“Apple”dan Rusiyaya TƏLƏB – “Dövlət KİV-lərinin səhifələrini bağlayın”

Hazırda oxunan: “Apple”dan Rusiyaya TƏLƏB – “Dövlət KİV-lərinin səhifələrini bağlayın”

88700

ABŞ-ın “Apple” şirkəti Rusiyanın “Rutube” videohostinqindən iOS əməliyyat sistemindəki əlavəsindən dövlət KİV-lərinin səhifələrini silməyi tələb edib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Rutube” servisi məlumat yayıb.  

Bildirilir ki, “Apple” şirkəti iki həftə ərzində ya əlavəni yalnız rusiyalı istifadəçilər üçün açıq etməyi, ya da dövlət KİV-lərinin səhifələrini bağlamağı təklif edib. Əks halda, “Rutube” əlavəsi “Apple” əlavələr mağazasından silinəcək. 
"Rutube” Rusiya KİV-lərinin səhifələrinə məhdudiyyət qoymağı planlaşdırmır. Eyni zamanda, servis artıq Rusiya, Qazaxıstan və Belarusdan başqa digər ölkələrin istifadəçiləri üçün girişi məhdudlaşdırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO