“Qarabağın statusu sənəddə şüurlu olaraq yazılmayıb, çünki...” – Lavrov 

“Qarabağın statusu sənəddə şüurlu olaraq yazılmayıb, çünki...” – Lavrov 

Hazırda oxunan: “Qarabağın statusu sənəddə şüurlu olaraq yazılmayıb, çünki...” – Lavrov 

8868

Dağlıq Qarabağın statusu şüurlu olaraq noyabrın 9-da imzalanan üçtərəfli bəyanatda göstərilməyib. Status problemi ziddiyyətlidir. Bu məsələnin üzərindən keçmək və onu gələcəyə saxlamaq qərara alınıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

''Azərbaycan siyahını dərhal verdi, Ermənistan isə yox'' - Lavrov


Onun sözlərinə görə, bu məsələ ilə ATƏT-in Minsk Qrupunun həmsədrləri məşğul olmalıdırlar, onlar yaxın vaxtlarda regiona yenidən baş çəkəcəklər (sonuncu dəfə ötən il dekabrın əvvəllərində İrəvanda və Bakıda olublar).

"Sülhməramlı missiyanın başladığı ərazi sülhməramlı kontingentin məsuliyyət zonasıdır. Biz bunu İrəvan və Bakı ilə təmaslarımızda əsas tuturuq. İndi nəqliyyat əlaqəsinin təşkili, humanitar yardım göstərilməsi barədə ətraflı məlumatlar hazırlanır",- deyə nazir əlavə edib.

Rusiya beynəlxalq təşkilatların, o cümlədən YUNESKO-nun, BMT-nin Qarabağda işləməsində, yerli əhaliyə yardım göstərməsində maraqlıdır.

Lakin yardımların müzakirəsi zamanı status ətrafında ziddiyyətlərin yaratdığı məsələlər ortaya çıxır. Məhz İrəvan ilə Bakı arasında olan bu ziddiyyətlərə görə üç lider bu məsələnin üstündən keçmək qərarına gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO