İndi hamımız ümumi səylərimizlə bu yerləri bərpa etməliyik.
Bizim.Media xəbər verir ki, bu sözləri yanvarın 17-də jurnalistlərə müsahibəsində Ağdam şəhərinin dağıntıları ilə tanış olan TÜRKSOY-un baş katibi Düsen Kaseinov deyib.
Ermənilərin Ağdam Cümə məscidində törətdikləri vandalizmi görən Düsen Kaseinov deyib:
"Bu, bütün bəşəriyyətə qarşıdır. Çünki dini abidələrin dağıdılması xalqın, dinin təhqir olunmasıdır. Deməli, bütün bəşəriyyətin təhqir olunmasıdır".
TÜRKSOY-un baş katibi bildirib ki, quraqlıqdan sonra münbit torpaqlar yağış gözlədiyi kimi, bu torpaqlar da mədəniyyətin, incəsənətin buraya qayıtmasını gözləyir:
“Azərbaycan xalqı, türk xalqlarının görkəmli nümayəndələri tərəfindən yaradılmış abidələr, memarlıq əsərləri yenidən bərpa olunsun və bu mübarək torpaq yenidən canlansın. Ümumi mədəniyyətimizin dirçəlişi buraya gəlsin”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:46 / 17.01.2021
Ermənilər dini abidələri dağıtmaqla bütün bəşəriyyəti təhqir edib - TÜRKSOY-un baş katibi
Hazırda oxunan: Ermənilər dini abidələri dağıtmaqla bütün bəşəriyyəti təhqir edib - TÜRKSOY-un baş katibi
Hazırda oxunan: Ermənilər dini abidələri dağıtmaqla bütün bəşəriyyəti təhqir edib - TÜRKSOY-un baş katibi
8794
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.