Zəngəzur dəhlizi bu tarixdə AÇILA BİLƏR -

Zəngəzur dəhlizi bu tarixdə AÇILA BİLƏR - "Ermənistan bunu şifahi qəbul edib..."

Hazırda oxunan: Zəngəzur dəhlizi bu tarixdə AÇILA BİLƏR - "Ermənistan bunu şifahi qəbul edib..."

87763

"Zəngəzur dəhlizi Ermənistanın öhdəliklərindən biridir".

Bizim.Media xəbər verir ki, bunu Ankarada Türkiyə mediasına açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

O qeyd edib ki, Ermənistan bunu şifahi olaraq qəbul edir, lakin praktikada ləngidir.

Ceyhun Bayramov müzakirələrə paralel olaraq Azərbaycan ərazisində Ermənistanla sərhədə qədər həm quru, həm də dəmir yollarının inşasının müvəffəqiyyətlə davam etdirildiyini, işlərin 50 faizdən çoxunun tamamlandığını qeyd edib. XİN rəhbəri əlavə edib ki, 2023-cü ildə Azərbaycan öz ərazisində bu işləri tamamlayacaq.
Nazir qeyd edib ki, Ermənistan tərəfindən prosesin ləngidilməsini nəzərə alaraq, Azərbaycan eyni zamanda, İranla memorandum çərçivəsində Araz çayı üzərində iki körpünün inşasına başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO