"Bu dəfə də əminəm ki, idmançılarımız gözəl nəticə göstərəcəklər. Artıq bir qızıl medalımız var. Komandanı bu münasibətlə təbrik etmək istəyirəm".
Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev avqustun 9-da Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən idmançılarla görüşdə deyib.
MÖVZU İLƏ BAĞLI:
"Bu gün Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır" - Prezident
"Oyunların rəsmi açılış mərasimi bu gündür. Amma artıq oyunlar davam edir. Əminəm ki, bu gözəl nəticə digər idmançılar üçün də gözəl stimul olacaq", - Prezident vurğulayıb.
Qeyd edək ki, Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən atlet Anna Skidan çəkicatma növündə qızıl medal qazanıb.
Bizim.Media