Ceyhun Bayramov:

Ceyhun Bayramov: "Türkiyə ilə birgə nail olacağımız çox hədəflər var"

Hazırda oxunan: Ceyhun Bayramov: "Türkiyə ilə birgə nail olacağımız çox hədəflər var"

87587

"Azərbaycan və Türkiyənin hələ nail olacağı çox hədəf var".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransında deyib.

“Bənzərsiz münasibətlərimizdə artıq Türkiyə diplomatlarının Azərbaycanın mənfəətlərini, Azərbaycan diplomatlarının Türkiyənin mənfəətlərini müxtəlif beynəlxalq platformalarda öz dövlət maraqları kimi qoruması və təşviqi səviyyəsinə çatmışıq.
Bunun ən gözəl örnəkləri dövlət başçılarımız tərəfindən gerçəkləşdirilir. Münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Bununla birlikdə hələ gedəcəyimiz yolumuz, nail olacağımız çox hədəfimiz var ki, bu yolda da hər birimizə uğurlar diləyirəm”, - XİN başçısı vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO