Ceyhun Bayramovdan gürcü həmkarına TƏŞƏKKÜR PAYLAŞIMI

Ceyhun Bayramovdan gürcü həmkarına TƏŞƏKKÜR PAYLAŞIMI

Hazırda oxunan: Ceyhun Bayramovdan gürcü həmkarına TƏŞƏKKÜR PAYLAŞIMI

87326

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı İliya Darçiaşviliyə həmrəylik və dəstəyinə görə təşəkkür edib.

Bizim.Media xəbər verir ki, C. Bayramov bu barədə "Twitter" hesabında paylaşım edib:

MÖVZU İLƏ BAĞLI:

Gürcüstan XİN: "Azərbaycan səfirliyinə hücumu PİSLƏYİRİK"


“Radikalların Azərbaycanın Londondakı səfirliyinə misli görünməmiş hücumu ilə bağlı telefon danışığı ilə həmrəylik və dəstək ifadə etdiyinə görə Gürcüstandan olan həmkarım İliya Darçiaşviliyə təşəkkür edirəm”, - Ceyhun Bayramov qeyd edib.

Qeyd edək ki, Gürcüstanın Xarici İşlər Nazirliyi avqustun 4-də Londonda Azərbaycan səfirliyinə qarşı törədilən təxribatı pisləyib. Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili hadisə ilə əlaqədar azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edərək tam dəstəyini ifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO