Azərbaycan qan tökülməsini istəmir, AMMA…

Azərbaycan qan tökülməsini istəmir, AMMA…

Hazırda oxunan: Azərbaycan qan tökülməsini istəmir, AMMA…

8722

"Ermənistan rəsmiləri unutmamalıdırlar ki Azərbaycan Ermənistan Ordusunu demək olar ki, məhv edib. Buna görə də rəsmi Bakının icazəsi olmadan Ermənistan xarici işlər naziri bir daha Azərbaycan ərazilərinə səfər etməməlidir."

Bizim.Media ilə söhbət zamanı bu fikirlərlə bölüşən politoloq Şəbnəm Həsənova xatırlatdı ki, Cənab Prezidentin də dediyi kimi “Dəmir yumruq” yerindədir:

 

MÖVZU İLƏ BAĞLI:

Prezidentdən Xankəndiyə gedən erməni nazirə xəbərdarlıq: "Əgər buna oxşar addım təkrarlansa..."  
 


"Azərbaycan Prezidentinin siyasi iradəsi, Ordumuzun hərbi-texniki və kadr potensialı, xalqımızın isə mübarizə əzmi o yumruğu onlara bir daha yaşatmaq üçün hazırdır. Sadəcə, Azərbaycan hər zaman olduğu kimi qan tökülməsini istəmir. Necə ki, 44 günlük Vətən müharibəsinin hər günü cənab Prezident İlham Əliyev Ermənstanın baş nazirinə bildirirdi ki, gec olmadan təslim ol, qan tökülməsin".

Ermənistan tərəfi savaşdan çəkinməlidir. Bu onlara nə siyasi, nə iqtisadi, nə də sosial baxımdan əl verən variant deyil deyən politoloq bildirdi ki, onlar üçün ən məqbul variant bölgədə yeni yaranmış reallığı dərk etməkdir:

"Onlar digər bütün sahələrdən kəsərək limitli ölçüdə büdcələrini orduya yönəltsələr də bu vəsaitin göyə sovrulması və Qarabağ müharibəsində uduzmaqları, həm də əhalisinin sosial sifarişlərini yerinə yetirə bilməməkləri erməni xalqının güzəranını rəzil duruma salıb.

Odur ki, nə qədər gec deyil əməkdaşlıq formatına əl uzatsınlar və düşdükləri dərin quyudan çıxsınlar",- deyə Şəbnəm Həsənova açıqlamasını bitirdi.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO