"Qarabağda hadisələrin yenidən gərginləşməsinə səbəb erməni separatçı dəstələrinin orda hələ də xidmət aparmasıdı. Elə onların əməlidir ki, onların atəş açmasından sonra Azərbaycan silahlı qüvvələrinin əsgəri həlak oldu. Elə bundan sonra Azərbaycan Müdafiə Nazirliyi məncə düzgün qərar verərək qisas əməliyyatını həyata keçirərək ermənilərin belə hoqqalarına cavab verdi".
Bu fikirləri Bizim.Media-ya Qarabağdakı prosesləri şərh edərkən rusiyalı politoloq İqor Korotçenko deyib.
MÖVZU İLƏ BAĞLI:
“Ermənistan rəhbərliyi zamanı səhv salır, indi 1994-cü il deyil, 2022-ci ildir” – Rusiyalı POLİTOLOQ
O bildirib ki, üçtərəfli bəyanatın müddəalarını Ermənistan yerinə yetirmir:
"Biz hamımız bilirik ki, üçtərəfli bəyannaməyə əsasən Paşinyan öz ordusunu Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxarmalıdır. Lakin bunun üzərindən iki il keçməsinə baxmayaraq, Paşinyan bu öhdəliyin üzərindən hələ də gəlmək istəmir.
Buna görə də bu insidentin səbəbkarları Ermənistan və Qarabağdakı separatçıları göstərmək olar və demək olar ki, bu stabilləşmənin səbəbkarları separatçılardır. Bir ekspert kimi onu deyə bilərəm ki, Rusiya bu iş istiqamətində öz səylərini daha da gücləndirməli və hətta erməniləri bu bəyannamənin şərtlərini yerinə yetirməyə məcbur etməlidir.
Bu işlərə həmçinin minalı sahələrin xəritələrini qaytarmağı da qoşmaq olar.
Həmçinin, bu məsələdə delimitasiya və demorkasiya məsələsinin sürətləndirilməsini də gündəmdə saxlamaq lazımdır. Buna görə də belə düşünürük ki, Rusiya və Azərbaycan bu məsələlər istiqamətində bütün səylərini ortaya qoyacaqlar və regionda stabilliyi bərpa edəcəklər. Həmçinin inanırıq ki, bu səylərlə Paşinyan tezliklə Azərbaycan Prezidenti İlham Əliyevin şərtləri ilə sülh müqaviləsini imzalayacaq".
Tehran, Bizim.Media