“Azərbaycanın vaxtı yoxdur, yeni antiterror əməliyyatları olacaq” – MİLLƏT VƏKİLİ

“Azərbaycanın vaxtı yoxdur, yeni antiterror əməliyyatları olacaq” – MİLLƏT VƏKİLİ

Hazırda oxunan: “Azərbaycanın vaxtı yoxdur, yeni antiterror əməliyyatları olacaq” – MİLLƏT VƏKİLİ

86914

“Azərbaycan Ordusunun həyata keçirdiyi “Qisas” əməliyyatı antiterror əməliyyatıdır və regionda sülühün yaradılmasına xidmət edir. Hər bir Azərbaycan əsgəri dəyərlidir və əsla heç bir əsgərimizin qanı yerdə qalmayacaq. Erməni terrorçuları dəqiq bilməlidirlər ki, Azərbaycan ərazisini tərk etmək istəməyən hər bir silahlı quldur eyni aqibəti yaşayacaq”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu səsləndirib.

Avqustun 3-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən “Qisas” əməliyyat ilə bağlı fikirlərini bölüşən deputat məsələnin hüquqi tərəflərinə də toxunub:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın seçimi qalmır – Ermənistanın sülhə məcbur edilməsi prosesi davam edir


“Azərbaycanı 3 avqust əməliyyatına təşviq edən erməni təxribatı olub. Terrorçu Ermənistan dövləti bu günə qədər də 10 noyabr üçtərəfli bəyannaməsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Üstəlik bəyannamənin 4-cü və 6-cı bəndlərini manipuliyasiya etməyə çalışıb. Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın Laçınla bağlı son açıqlaması da bunun sübutudur. Bu özlüyündə siyasi-diplomatik təxribatdır”.

Hikmət Baboğlu qeyd edib ki, bəyannaməyə əsasən, Rusiya süllhməramlılarının daxil olmasına paralel olaraq bütün erməni terrorçu birləşmələri Azərbaycan ərazisini tərk etməli idi:

“Ancaq bu günə qədər hələ də suveren ərazilərimizdə erməni silahlı quldurları var. Üstəlik onlar sülhməramlıların arxasında gizlənərək şanlı Azərbaycan əsgərini şəhid ediblər. Azərbaycanın beynəlxalq hüquqla və Milli Konstitusiyası ilə tam haqqı var ki, öz ərazisinin hər bir qarışında suveren hüquqlarını təmin etsin. Elə 3 avqustda həyata keçirilən “Qisas” əməliyyatı da buna xidmət edirdi. 

Bizim qarşımızda dəqiq məqsəd və vəzifələr var. Onlardan biri də münaqişəyə qədər Xankəndində, Xocalıda, Ağdərədə, Əskəranda və s. yaşayan azərbaycanlıların öz evlərinə qayıtmasıdır.
Bu məsələ də üçtərəfli bəyannamədə öz əksini tapıb. Üçtərəfli bəyannamənin bütün tələbləri qeyd-şərtsiz yerinə yetirilməlidir”.

Millət vəkili əlavə edib ki, Ermənistan kaputiliyasiya aktı ilə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyənə qədər bu cür antiterror əməliyyatları həyata keçiriləcək: 

“Vaxt demək olar ki, yoxdur. Azərbaycan öz ərazisində bütün hüqualarını tətbiq edib başa çatdıracaq. Buna qarşı gələnləri isə yeni antiterror əməliyyatları gözləyir. Ermənistan bilməlidir ki, nə dünya 30 il əvvəlki dünya, nə də Azərbaycan 30 il əvvəlki Azərbaycandır. 44 günlük müharibənin dərslərini düşmən unutmamalıdır. Əks təqdirdə yeni faciələrə hazır olmalıdır”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO