Avropa İttifaqından çağırış: \

Avropa İttifaqından çağırış: \"Qarabağda gərginliyi azaltmaq vacibdir\"

Hazırda oxunan: Avropa İttifaqından çağırış: \"Qarabağda gərginliyi azaltmaq vacibdir\"

86842

"Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında Laçın dəhlizi ətrafında və təmas xəttinin digər yerlərində baş vermiş hərbi toqquşmaları dərhal dayandırmağa çağırır".

Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsü Peter Stanonun bəyanatında qeyd olunub.

O qeyd edib ki, bu toqquşmaların insan tələfatına və yaralanmalara səbəb olması təəssüf doğurur.

Bu baxımdan gərginliyi azaltmaq, atəşkəsə tam hörmət etmək və danışıqla həll yollarını axtarmaq vacibdir.
Peter Stanon Aİ-nin gərginliyin aradan qaldırılmasına kömək etmək və Cənubi Qafqazda davamlı sülh və sabitlik istiqamətində fəaliyyətini davam etdirmək öhdəliyinə sadiq qaldığını vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO