ABŞ-ın Bakıdakı səfirliyi VACİB AÇIQLAMA YAYDI

ABŞ-ın Bakıdakı səfirliyi VACİB AÇIQLAMA YAYDI

Hazırda oxunan: ABŞ-ın Bakıdakı səfirliyi VACİB AÇIQLAMA YAYDI

86694

ABŞ Xəzər dənizində sərhəd və dəniz təhlükəsizliyi üzrə Azərbaycanla tərəfdaşdır.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi açıqlama yayıb.

“ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Gevara ölkəmizə səfər edən doktor Jaklin Kellon ilə görüşüb. Doktor Kellon Beynəlxalq Təhlükəsizlik və Nüvə silahlarının Yayılmaması üzrə Dövlət Departamentinin İxrac Nəzarəti və Əməkdaşlıq İdarəsinin, İxrac Nəzarəti və Əlaqəli Sərhəd Təhlükəsizliyi (EXBS) Proqramında rəhbərdir.
 

MÖVZU İLƏ BAĞLI:

“ABŞ Xəzərdə təhlükəsizliyi gücləndirmək üçün Azərbaycanla tərəfdaşlıqdan qürur duyur” - Səfirlik 


ABŞ Xəzər dənizində sərhəd və dəniz təhlükəsizliyi üzrə Azərbaycanla tərəfdaşdır. Biz Azərbaycanın kütləvi qırğın silahları və narkotik qaçaqmalçılarının qarşısını almaq bacarığını dəstəkləməyə davam edirik”, - səfirlikdən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO