Siyasətçilərin avqust ayı üçün PLANI: - Qurultaya hazırlaşan kimdir?

Siyasətçilərin avqust ayı üçün PLANI: - Qurultaya hazırlaşan kimdir?

Hazırda oxunan: Siyasətçilərin avqust ayı üçün PLANI: - Qurultaya hazırlaşan kimdir?

86213

Qarşıdan avqust ayı gəlir. Adətən bu ayda insanların mütləq əksəriyyəti istirahətə üstünlük verməyə çalışır. Görəsən, siyasətçilər, deputatlar bu barədə nə düşünürlər? Avqust ayı üçün onların nə kimi planları var?

Bizim.Media-ya məsələ ilə bağlı açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu uzun müddətdir istirahətə getdiyini xatırlamır:

“Bu müddət ərzində sovet dövrünü çıxmaq şərtilə haçansa istirahətə getdiyimi xatırlamıram. Bir-iki günlük ola bilər harasa gedim. Amma dərhal da sonra qayıdıram. Avqust ayında da bu mənada hansısa istirahətə gedəcəyimi zənn etmirəm”.

Milli Məclisin deputatı Nəqif Həmzəyev istirahətini Gəncə, Göygöl, Daşkəsən və Gədəbəy ərazisində keçirməyi planlaşdırır:

“İstirahət dönəmindən hər zaman istifadə edərək bacardığım qədər çalışıram ki, insanlar arasında olum. Yəni əsasən məhz indi vətəndaşlarla ünsiyyətdə olmağa, problemləri yerində izləməyə daha çox imkanımız yaranır. Bu mənada, avqust ayı insanlarla təmasda olmağım baxımından əla fürsətdir. Ona görə də istirahət dövrünü Gəncə şəhəri, Göygöl, Daşkəsən, Gədəbəy bölgələrində keçirirəm. Qohumlar, yaxınlar, əzizlər də hamısı buradadır. Ona görə də məzuniyyət dövrünü əsasən burada keçirirəm. Həm də burada qiymətlər Azərbaycanın digər bölgələrilə müqayisədə ucuzdur”.

Deputat Razi Nurullayev xaricdə istirahət etmək imkanının olmadığını bildirdi: 

“Boş vaxtlarımda bir neçə günlüyə rayonlara gedirəm. Hal-hazırda Mingəçevirdə tədbirdə olmuşam. Buradan Gəncəyə gedib yaylaq festifalında iştirak edəcəm. Yəni iş başındayam, işlərim çoxdur. Ona görə də istirahət planlarım hələ ki, yoxdur. Lazım olduqca bir-iki günlüyə rayonlarda olur, qalan vaxtı isə iş başındayam. Dincəlmək üçün hazırda zaman yoxdur. Xaricə getmək üçün isə böyük pul tələb olunur. Biletlər də həddən artıq bahadır. Ona görə də mümkün olsa ölkə daxilində dincəlməyə üstünlük verirəm”.

Onun həmkarı Elman Nəsirov isə hazırda Qusarda istirahətdədir, bir müddətdən sonra isə cənub bölgəsinə gedəcək. Bununla belə o, istirahət zamanı da işlədiyini söylədi: 

“Yaxşı işləmək üçün yaxşı da istirahət etmək lazımdır. İki gün bundan öncəyə qədər Bakıda idim, ənənəvi işlərlə məşğul olurdum. Yazılar, məqalələr yazır, müsahibələr verir, mövqe bildirirdim. İki gündür ailəvi olaraq Qusardayam. Burada bir qədər dincəlib yenidən Bakıya qayıdacam. Burada da gün ərzində 4-5 jurnalistə müsahibə verirəm. Yəni istirahət vaxtı da işləyirəm. Avqustda cənub bölgəsinə gedərək, bir həftəyə yaxın orada da dincələcəm”.  

AXP sədri Pənah Hüseynin başı isə partiya qurultayına qarışdığından istirahət barədə ümumiyyətlə düşünmür:

“İstirahət planım yoxdur. Avqust ayını da Bakıda keçirəcəm. Partiyamızın avqustun 22-nə V qurultayını planlaşdırmışdıq. Nümayəndələrin seçilməsini çatdıra bilmədiyimizdən ola bilər sentyabrda keçirdik. Bir sözlə, başımız çox qarışıb”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO