Prezident deputat statusu haqqında Qanuna edilən dəyişikliyi təsdiqlədi

Prezident deputat statusu haqqında Qanuna edilən dəyişikliyi təsdiqlədi

Hazırda oxunan: Prezident deputat statusu haqqında Qanuna edilən dəyişikliyi təsdiqlədi

86108

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb. 

Bizim.Media xəbər verir ki, sənədə əsasən, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilir: 

21-ci maddə üzrə: 

1.1.1. birinci, ikinci və altıncı hissələr ləğv edilir; 

1.1.2. üçüncü hissədə “2475 manat miqdarında” sözləri “3550 manat məbləğində” sözləri ilə əvəz edilir; 

1.1.3. beşinci hissədə “bir misli məbləğində” sözləri “iki misli həcmində” sözləri ilə əvəz edilir; 

29-cu maddənin ikinci cümləsi çıxarılır. 

Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO