Prezident Şuşadakı məscidə Məkkədən gətirdiyi “Qurani-Şərif”i bağışladı

Prezident Şuşadakı məscidə Məkkədən gətirdiyi “Qurani-Şərif”i bağışladı

Hazırda oxunan: Prezident Şuşadakı məscidə Məkkədən gətirdiyi “Qurani-Şərif”i bağışladı

8590

''Saatlı məscidini ziyarət etdik, dualarımızı etdik, Məkkədən gətirilmiş “Qurani-Şərif”i Saatlı məscidinə hədiyyə etdim. Sonra Aşağı Gövhərağa, Yuxarı Gövhərağa məscidlərində olacağıq. Oraya da müqəddəs Məkkədən gətirdiyim “Qurani-Şərif”i bağışlayacağam''.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada hərbçilərlə görüşündə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

''Füzuli Hava Limanı gələn il istifadəyə verilə bilər'' - Prezident  


Dövlət başçısı ermənilərin dini abidələrə qarşı vəhşiliyinə də  diqqət çəkib:

''Düşmən bizim azad edilmiş torpaqlardakı dini abidələrimizi işğal dövründə məhv edib, 67 məscidi dağıdıb, yaxud da ki, belə yararsız vəziyyətə salıb.

Şuşa işğaldan azad olunandan sonra bizim vətəndaşlar əl gəzdirib, məscidi təmizləyib və müəyyən təmir işlərini görüblər.

Ancaq əlbəttə ki, məscidin əsaslı təmiri bundan sonra aparılacaq, bütün müvafiq göstərişlər verilib, Heydər Əliyev Fondu bu missiyanı öz üzərinə götürüb.

Mehriban xanım bu barədə açıqlama verib və biz bütün tarixi-dini abidələrimizi bərpa edəcəyik''.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO