İlham Əliyev: “Bu yoldan keçərək Ordumuz Şuşanı azad etdi” - VİDEO

İlham Əliyev: “Bu yoldan keçərək Ordumuz Şuşanı azad etdi” - VİDEO

Hazırda oxunan: İlham Əliyev: “Bu yoldan keçərək Ordumuz Şuşanı azad etdi” - VİDEO

8580

“Qələbə yolu ilə gedirik. Bir daha görürük ki, bu ərazidən, bu meşələrdən keçmək doğurdan da böyük qəhrəmanlıq idi. Sol tərəfdə bizim gözəl dağlarımız, meşələrimiz, baxın necə  gözəl mənzərədir”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşaya səfəri zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Cıdır düzündə - FOTOLAR

Üzeyir Hacıbəyli, Natəvan və Bülbülün “güllələnmiş heykəllər”i Şuşaya qaytarıldı - FOTO

İham Əliyev Şuşada: Bu gün və 39 il əvvəl - FOTO


Dövlət başçısı Azərbaycan Ordusunun Şuşanı azad edərkən çətin coğrafi relyefdən keçdiyini xüsusi vurğulayıb:

“Hərbiçilərimiz piyada bu yolu gediblər, piyada qalxıblar bu ərazidən. Bütün bu ərazi bax belədir, dərə-təpə. Dağlar görsənir. Bu yol istifadəyə veriləndən sonra bu yoldan keçən bizim vətəndaşlarımız görəcəklər ki, Azərbaycan Ordusu qəhrəmanlıq göstərib. Bu yerərdən keçərək Şuşaya yaxınlaşıb, Şuşanı işğalçılardan azad edib. Bax bu dağları biz indi ağır texnika ilə yarmışıq, bu yolu açmaq üçün”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO