“İndi isə Füzulidən Xocavənd royonuna gedirik. Ondan sonra da Şuşa şəhərinə gedəcəyik. Qarşımızda gözəl mənzərə açılır, gözəl vüqarlı dağlar, dağarın başında qar, gözəl Azərbaycan diyarımızdayıq. Bu isə Şəkərcik kəndidir. Şəkərcik Füzuli şəhərinə bitişik olan kənddir. Və Füzuli şəhəri azad olunanda da Şəkərcik uğrunda da şiddətli döyüşlər gedib”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Şuşaya gedərkən deyib.
Dövlət başçısı qeyd edib ki, düşmən işğal dövründə bütün bu əraziləri yerlə yeksan edib.
''Füzuli şəhərində biz artq olmuşuq. O dəhşətli mənzərəni Azərbaycan xalqı görübdür, bütün dünya görübdür və görməlidir. Ona görə göstəriş verildi ki, xarici qonaqları Azərbaycana dəvət edib, bölgələrə gətirib, onlara erməni vəhşiliyini, əməlllərini göstərək''.
''Artıq bütün dünya görür ki, hansı vəhşi düşmənlə biz müharibə aparmışıq. Və hansı vəhşi düşməni məhv etmişik. Bu dağlar bizimdir''.- deyə prezident nitqini tamamlayıb.
Bizim.Media