Türkiyə dünyanı aclıqdan xilas etməyə çalışır – İstanbul görüşü NƏTİCƏ VERƏCƏKMİ? 

Türkiyə dünyanı aclıqdan xilas etməyə çalışır – İstanbul görüşü NƏTİCƏ VERƏCƏKMİ? 

Hazırda oxunan: Türkiyə dünyanı aclıqdan xilas etməyə çalışır – İstanbul görüşü NƏTİCƏ VERƏCƏKMİ? 

85677

Bu gün Ukrayna taxılının dünya bazarına çıxarılması üçün Türkiyə, Rusiya, Ukrayna və BMT arasında imzalanmış sazişin icrası üçün Rusiya və Ukraynanın müvafiq dövlət qurumlarının rəhbərləri və BMT-nin nümayəndələri yenidən İstambulda görüşürlər. 

Bu görüşdə Ukrayna limanlarından taxıl çıxarılması üzrə Birgə Kordinasiya Mərkəzinin üzvləri ən son texniki detalları müzakirə edəcəklər.

Prezident Ərdoğanın patronajlığı ilə keçiriləcək görüş əslində real işə başlanılması deməkdir. Görüşdə iştirak edəcək Müdafiə nazirliklərinin nümayəndələri ərazi sularının minalardan təmizlənməsi üçün görüləcək işlərin qrafikini tərtib edəcək və ərzaqlıq buğdanın Ukrayna limanlarında Bosfor boğazı vasitəsi ilə dünyaya çıxarılması üçün planlar işləniləcək.

Etiraf edək ki, Rusiya-Ukrayna müharibəsi başlanıldığı gündən bu yana qarşı tərəflərin ortaq razılığa gəldiyi və real nəticələrə söykənəcək bu ilk anlaşmadır.

Ona görə də bu günkü İstanbul görüşləri dünya dövlətləri tərəfindən diqqətlə izlənilir. Dünən axşam Ağ Evdən bu görüşün uğurlu təşkilatçılığıa görə prezident Ərdoğana təşəkkür məktubu gəlib. Baxmayaraq ki, istər ABŞ, istərsə də Aİ belə bir əlamətdar siyasi-iqtisadi prosesdən kənarda qalıb.

Bununla belə bu layihənin dünya üçün nə qədər vacib olduğunu hər kəs çox yaxşı başa düşür. Artıq Afrika ölkələrində və bəzi Asiya dövlətlərində ərzaqlıq buğda qıtlığı yaşanır.

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən tanınmış politoloq Fikrət Sadıqov da ərzaqlıq buğdanın Ukraynadan çıxarılmasında Türkiyənin əvəzsiz rolu olduğunu bildirdi: 
 

“Bu Ankaranın böyük siyasi uğrur olmaqla yanaşı bəlkə də bəşəriyyətin xilasıdır. Bunu bütün tərəflər açıq etiraf edir. Amma bir neçə gün əvvəl taxılın Ukraynadan çıxarılması ilə bağlı imzalanmış saziş problemsiz icra olunmur.


Bəzi maraqlı qüvvələr bu sazişin icrasına hər vasitə ilə əngəl olmağa çalışırlar. Düşünürəm ki, ortaya çıxa biləcək bütün problemlər və əngəllər bu gün İstanbulda çox ciddi şəkildə müzakirə olunacaq. Doğrudur, hansısa yeni qərarın qəbulu gözlənilmir. Əksinə imzalanmış sazişin icra mexanizmi ətraflıca təhlil ediləcək. Çünki, bu görüşə gələn əsasən texniki heyətdir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO