Lavrov MDB-nin Rusiyadakı səfirləri ilə görüşəcək

Lavrov MDB-nin Rusiyadakı səfirləri ilə görüşəcək

Hazırda oxunan: Lavrov MDB-nin Rusiyadakı səfirləri ilə görüşəcək

8565

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun MDB-yə üzv dövlətlərin Rusiyadakı səfirləri ilə ənənəvi görüşü keçiriləcək.

Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, görüş yanvarın 21-də Moskva şəhərində baş tutacaq.

M. Zaxarova qeyd edib ki, görüş zamanı 2020-ci ildə postsovet məkanında inteqrasiya məsələləri, eyni zamanda siyasi, iqtisadi, mədəni-humanitar və təhlükəsizliyin təmin edilməsi sahələrində çoxşaxəli əməkdaşlığın artırılması ilə bağlı gələcək addımlar müzakirə olunacaq.

Diplomat onu da vurğulayıb ki, görüşdə aktual beynəlxalq və regional məsələlər barədə də fikir mübadiləsi aparılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO