İranın Azərbaycandakı səfiri: “İsrail səfiri özünü uşaq kimi aparır”

İranın Azərbaycandakı səfiri: “İsrail səfiri özünü uşaq kimi aparır”

Hazırda oxunan: İranın Azərbaycandakı səfiri: “İsrail səfiri özünü uşaq kimi aparır”

85446

“İstər regionda, istərsə də ondan kənarda bəzi ölkələr Bakı ilə Tehranı “dalaşdırmaq” istəyir, iki qonşu arasında isti və qardaşlıq münasibətlərinə qarşı çıxır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı səfiri Abbas Musəvi “Sada Vasima” agentliyinə müsahibəsində səsləndirib. 

"Xoşbəxtlikdən, hər iki ölkənin yüksək rütbəli məmurları sayıqlıqlarını itirməyiblər və bu məqamı daim diqqətdə saxlayıblar. Nəticədə isə münasibətlərin korlanmasının qarşısı alınıb”, deyə İran səfiri vurğulayıb.

“İran və Azərbaycan xalqlarını mehriban və emosional münasibətlər birləşdirir, onları din, mədəniyyət və ortaq tarix faktorları möhkəm bağlayır. Bəzi insanlar isə bu münasibəti xoşlamır. Amma İran və Azərbaycan həmişə bir-birinin ərazi bütövlüyünə və milli suverenliyinə hörmət edib”, deyə o, qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Bu günün trendi "Təbrizin sehrli nağılları" vaxtilə kimə hədiyyə edilib? - FOTO


İran-Azərbaycan əlaqələrinin inkişafına toxunan Abbas Musəvi qeyd edib ki, təkcə son iki ayda on iki yüksək səviyyəli nümayəndə heyəti bir-birinə səfər edib, siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində məsələləri müzakirə ediblər. Səfir iki ölkənin hərbçiləri ilə təhlükəsizlik orqanlarının nümayəndələri arasında müntəzəm təmasların olduğunu da vurğulayıb.

“Bu səfərlərdən sonra bəzi üçüncü tərəflər bizi təxribata çəkməyə cəhd etdilər. Ancaq ölkələrimizin hər biri siyasi qərarların qəbulunda mütəmadi olaraq məsuliyyət daşıyır və heç bir uyğunsuzluğa əhəmiyyət vermir”, deyə o bildirib.

O, İsrailin Azərbaycandakı səfiri ilə şifahi atışmasına da münasibət bildirib və  qeyd edib ki, israilli həmkarı özünü uşaq kimi aparır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO