Taxıl anlaşmasının GİZLİNLƏRİ – “Sülh müzakirələri başlaya bilər”

Taxıl anlaşmasının GİZLİNLƏRİ – “Sülh müzakirələri başlaya bilər”

Hazırda oxunan: Taxıl anlaşmasının GİZLİNLƏRİ – “Sülh müzakirələri başlaya bilər”

85068

“Dünən Türkiyənin böyük dəstəyi, bacarığı nəticəsində İstanbulda imzalanan “taxıl anlaşması” qardaş ölkənin dünyada oynadığı rolunun dəyərini və önəmini bir daha göstərdi”.  

Bizim.Media xəbər verir ki, bu fikirlər REAL-ın icra katibi, ekspert Natiq Cəfərliyə məxsusdur.  
 

MÖVZU İLƏ BAĞLI:

İstanbulda taxıl dəhlizi ilə bağlı TARİXİ SAZİŞ İMZALANDI - VİDEO


Ekspert Rusiya-Ukrayna münaqişəsinin həllində Türkiyənin rolunun arta biləcəyinə diqqqət çəkib:  

“Rusiya tərəfdən görüşlərə işğalçı dövlətin müdafiə nazirinin qatılması həm də ondan xəbər verir ki, İstanbulda tək taxıl məsələsi müzakirə edilməyib. Çox güman, Türkiyədə hələ ictimaiyyətə açıqlanmayan yeni danışıqlar masası qurulur, müharibənin dayandırılması üçün müzakirələr başlaya bilər”.  

Natiq Cəfərli Türkiyənin dünyada artan rolunun Azərbaycan üçün əhəmiyyətini də vurğulayıb:  

“Azərbaycanın əsl, təbii, imzalı-möhürlü müttəfiqi qardaş Türkiyənin bölgədə, dünyada oynadığı rolunun artması, nüfuzunun yüksəlməsi məmləkətimiz üçün çox önəmli məsələdir. İndiki qarışıq dünyada Azərbaycan-Türkiyə əlaqələri yeni, daha strateji və sıx ittifaqa doğru inkişaf etməsi üçün zərurətdən doğan məqam yetişə bilər – bunu həmişə diqqətdə saxlamalıyıq”.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO