Britaniya səfirindən Azərbaycan jurnalistlərinə TƏBRİK 

Britaniya səfirindən Azərbaycan jurnalistlərinə TƏBRİK 

Hazırda oxunan: Britaniya səfirindən Azərbaycan jurnalistlərinə TƏBRİK 

84854

Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp 22 iyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycan jurnalistlərini təbrik edib. 

Bizim.Media xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb. 

“Bütün jurnalist dostlarımı Milli Mətbuat Günü ilə bağlı təbrik edirəm. Dünən biz görüşüb onların işi və gələcək planları haqqında maraqlı söhbət etdik”, - paylaşımda bildirilib. 

Qeyd edək ki, bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür. 147 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO