Rəsmi Bakının təzyiqlərilə Ermənistan geri çəkildi

Rəsmi Bakının təzyiqlərilə Ermənistan geri çəkildi

Hazırda oxunan: Rəsmi Bakının təzyiqlərilə Ermənistan geri çəkildi

84585

“Ermənistan bir daha Qarabağa hərbi çağırışçı göndərməyəcək. Biz bu addımı atmaqla 10 noyabr Bəyannaməsinə sadiqliyimizi göstərmək istəyirik”.

Bizim.Media erməni KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri ötən gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan səsləndirib.

O, əlavə edib ki, “eyni zamanda Qarabağdakı silahlı erməni birləşmələri də həmin ərazilərdən çıxarılacaq. Bu proses sentyabrda tam yekunlaşacaq”.

Yada salaq ki, iyulun 15-də 2022-ci ilin ilk 6 ayının yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev deyib:

“Ermənistan öz üzərinə öhdəliklər götürüb. Onlardan biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə məsələ qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır. Eyni zamanda, biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb”.

Azərbaycan Prezidentinin bu qətiyyətli çıxışından sonra rəsmi Moskva hərəkətə keçib. Ermənistan rəhbərliyini başa salıb ki, öhdəliklər yerinə yetirilməlidir.

Məhz bunun nəticəsidir ki,  dünən Ermənistan Təhlükəsizlik Şurasının katibi belə bir məlumat yayıb. Bu da onu göstərir ki, Azərbaycanın təzyiqləri Ermənistanı geri çəkilməyə vadar edir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO