Ərdoğan Putinlə telefon danışığının məğzini açıqladı

Ərdoğan Putinlə telefon danışığının məğzini açıqladı

Hazırda oxunan: Ərdoğan Putinlə telefon danışığının məğzini açıqladı

8455

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda sülhməramlıların olmadığı həyat arzuladığını dilə gətirib.

Bizim.Media xəbər verir ki, Ərdoğan bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə telefon danışığından sonra öz "Telegram" səhifəsində yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Tarixçi: “Ərdoğan və Putin mehriban düşmənlərdir”


Prezident Putinlə söhbət əsnasında, Azərbaycan və erməni xalqlarının birlikdə yaşamaqları haqqında müzakirələr aparıb.

“Biz Dağlıq Qarabağda sülhməramlı qüvvələrə və müşahidə fəaliyyətinə ehtiyac olmadan birlikdə yaşamağı təmin edəcək şərait yaratmaq istəyirik. Bu baş verdikdə inşallah dünyaya Türkiyə-Rusiya tərəfdaşlığının konstruktiv nəticələrini bir daha nümayiş etdirəcəyik”,- deyə Ərdoğan "Telegram" kanalında yazıb.

Bundan əlavə Ərdoğan, Putinlə Dağlıq Qarabağdakı atəşkəs rejiminə nəzarət edən ortaq Türkiyə-Rusiya mərkəzinin işi barədə də söhbət apardıqlarını da qeyd edib. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO