Xarici işlər naziri Aİ-nin xüsusi nümayəndəsi ilə görüşdü - FOTO

Xarici işlər naziri Aİ-nin xüsusi nümayəndəsi ilə görüşdü - FOTO

Hazırda oxunan: Xarici işlər naziri Aİ-nin xüsusi nümayəndəsi ilə görüşdü - FOTO

83896

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyindən (XİN) Bizim.Media-ya verilən məlumata görə, görüş zamanı bölgədə cari vəziyyət, Aİ Şurası Prezidentinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin 22 may tarixli Brüssel görüşünün davamı olaraq, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, o cümlədən əldə edilmiş razılıqların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO