Naxçıvanda Ali Məclisin sessiyası çağırıldı - BU MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLƏCƏK

Naxçıvanda Ali Məclisin sessiyası çağırıldı - BU MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLƏCƏK

Hazırda oxunan: Naxçıvanda Ali Məclisin sessiyası çağırıldı - BU MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLƏCƏK

83603

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 13-də Ali Məclisin sessiyasının çağırılması haqqında qərar imzalayıb.

Bizim.Media xəbər verir ki, Ali Məclisin sessiyası iyulun 16-da baş tutacaq.

Sessiyanın müzakirəsinə 2022-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, Muxtar Respublikanın 2021-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi, “Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi, “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsi daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO