Azərbaycan və Gürcüstanın dörd şəhəri qardaşlaşacaq

Azərbaycan və Gürcüstanın dörd şəhəri qardaşlaşacaq

Hazırda oxunan: Azərbaycan və Gürcüstanın dörd şəhəri qardaşlaşacaq

83436

Azərbaycanın Şəmkir, Ağstafa, Göygöl və Daşkəsən şəhərləri Gürcüstanın müvafiq olaraq Marneuli, Qardabani, Bolnisi və Dmanisi şəhərləri ilə qardaşlaşacaq.

Bu barədə Bizim.Media-ya Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Şəhərlərin qardaşlaşmasına dair Anlaşma Memorandumları iyulun 13-də səfirliyin təşkilatçılığı ilə Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvilinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində imzalanacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı və Tbilisi şəhərləri qardaşlaşacaq


Nümayəndə heyətinə qubernatorun müavinləri, həmçinin Kvemo Kartlinin Rustavi, Bolnisi, Qardabani, Dmanisi, Tetritskaro, Marneuli və Tsalka şəhərlərinin merləri, o cümlədən digər rəsmi şəxslər də daxildir.

Səfər çərçivəsində bir neçə dövlət qurumunda görüşlər də keçiriləcək.

Qeyd edək ki, Gürcüstandakı səfirliyimizin təşkilatçılığı ilə ötən ilin iyul ayında Tbilisi şəhərinin meri Kaxa Kaladzenin Bakı şəhərinə səfəri baş tutub və səfər çərçivəsində iyulun 13-də Bakı ilə Tbilisi şəhərləri arasında Qardaşlaşma haqqında Anlaşma Memorandumu imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO