Razi Nurullayev: “Rus sülhməramlılarının özbaşnalığına son qoyulacaq”

Razi Nurullayev: “Rus sülhməramlılarının özbaşnalığına son qoyulacaq”

Hazırda oxunan: Razi Nurullayev: “Rus sülhməramlılarının özbaşnalığına son qoyulacaq”

8325

Xatırladaq ki, millət vəkili, yazıçı Aqil Abbas Qarabağda yerləşdirilən rus sülhməramlıları haqda sərt ifadələr işlədib.

Onun fikrincə, sülhməramlılar ermənilərin təhlükəsizliyinə təminat verdikləri kimi azərbaycanlıların da öz torpağında sərbəst  hərəkət etməyinə təminat  verməlidir:

“Gorusdan Əsgərana təxminən 90-100 kilometrdir. Sülhməramlılar ermənilərin İrəvandan Xankəndinə, Əsgərana, Ağdərəyə, Martuniyə (Xocavənd) oynaya-oynaya gəlib, getmələri üçün  təhlükəsizliyi təmin ediblər və artıq  ermənilər İrəvandan Əsgərana olan yolu su yoluna döndəriblər. Etirazımız yoxdur. Amma Ağdamdan Şuşaya 37 kilometr, Laçına  isə 73 və yaxud Tərtərdən Kəlbəcərə Ağdərə  yolu ilə təxminən  80 kilometrdir, özü də rahat yollardır. Biz niyə Kəlbəcərə Toğanadan keçməklə Murovun o çətin və ağır yolları ilə gedib, gəlməliyik?”.
 

MÖVZU İLƏ BAĞLI:

Razi Nurullayev: ''Qaydanı pozanlar arxalı və imkanlı adamlar olur''


Mövzunu millət vəkili Razi Nurullayevlə davam etdirdik. O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, rus sülhməramlılarının Dağlıq Qarabağdakı ermənilərə münasibətdə tərəfkeşlik etməsi Azərbaycanda hər bir vətəndaşı əsəbləşdirir:

“Amma bu, belə getməyəcək. Bilirəm ki, çox yaxın zamanlarda sülhməramlıların bəzi məsələləri özbaşına həll etməsi mümkün olmayacaq. Azərbaycan torpaqları ilə bağlı suveren qərarı özü verəcək.” 

Qarabağda bütün yollardan istifadə edə bilmədiyimizə toxunan Razi Nurullayev bunu rus sülhməramlılarının ermənilərə yaxınlıq göstərməsi ilə izah edərək ikinci səbəb kimi təhlükəsizliyin təmin olunmasını önə çəkdi:

“İstənilən halda mənə elə gəlir ki, Aqil müəllimin dediklərində müəyyən həqiqət var. Amma yəqin ki, üzümüzə gələn aylar ərzində Azərbaycan bu problemi öz xeyrinə tam olaraq həll edəcək”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO