İşğaldan azad edilmiş ərazilərimiz UNESCO-nun siyahısına salınacaq - RƏSMİ

İşğaldan azad edilmiş ərazilərimiz UNESCO-nun siyahısına salınacaq - RƏSMİ

Hazırda oxunan: İşğaldan azad edilmiş ərazilərimiz UNESCO-nun siyahısına salınacaq - RƏSMİ

82762

Şuşa şəhəri ilə yanaşı işğaldan azad edilmiş digər əraziləri də yaxın müddətdə UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına salınacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova deyib. 

"Bildiyiniz kimi, Şuşanın tarixi mərkəzinin UNESCO-nun Ümumdünya Mədəni İrsin ilkin Siyahısına salınıb. Yaxın vaxtlarda Şuşada şəhər günü keçiriləcək və belə tədbirlərin işğaldan azad edilmiş digər ərazilərində də təşkil olunacaq", - A. Hüseynova bildirib. 

Qeyd edək ki, bu ilin may ayında Şuşanın tarixi mərkəzinin UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına salınması təklif olunub. 

1977-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Şuşa Tarix-Memarlıq Qoruğunun 2001-ci ildə UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilməsi bu istiqamətdə atılan mühüm addımlardan biridir. 

Şuşa tarixi-memarlıq qoruğuna daxil olan abidələrindən Yuxarı və Aşağı Gövhərağa məscidləri, Xan qızı Natəvanın evi, Qarabağ xan sarayı, Vaqif türbəsi, Mirzə Salah bəy Zöhrabbəyovun yaşayış evi, Şuşa kurqanı, Şuşa mağara düşərgəsi, Şuşa qalası və digərlərini qeyd etmək olar.

Şuşa şəhərində ümumilikdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansaray, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud olub.

O cümlədən 72 mühüm sənət və tarixi abidələri, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olmuşdu. Hazırda Mədəniyyət Nazirliyi tərəfindən qeyd edilən tarix-memarlıq abidələrin vəziyyətinin öyrənilməsi ilə bağlı işlər aparılır. 

Ümumdünya Mədəni İrs Siyahısı UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il konvensiyası əsasında yaradılmışdır. Sözügedən konvensiya Ümumdünya İrs Siyahısına qəbul olunmaq üçün təbii və ya mədəni yerlərin növünü müəyyənləşdirir və müstəsna universal dəyərə malik olan abidə və məkanlar bu ümumbəşəri irs elan edilməyə layiq görülür. 
Azərbaycandan bu siyahıya “Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə İçəri şəhər”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı” və “Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi” daxildir. (Report.az) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO