Paşinyan başqa cür danışa bilməzdi... – POLİTOLOQ

Paşinyan başqa cür danışa bilməzdi... – POLİTOLOQ

Hazırda oxunan: Paşinyan başqa cür danışa bilməzdi... – POLİTOLOQ

8252

“Hər bir diplomatik danışıqların öz xüsusiyyətləri var. Burada hər tərəf öz marağını ortaya qoymalıdır. Bu dəqiqə Ermənistanda vəziyyət Paşinyanın xeyrinə deyil. Paşinyan müharibənin başlanmasına şərait yaratsa da, ermənilərin müharibədə məğlub olmasında o birmənalı günahkar deyil. Buna günahkar Paşinyana qədər olan erməni hakimiyyəti və siyasi elitasıdır. Ona görə Paşinyan öz mövqelərindən birdən - birə geri çəkilə bilməz”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının professoru, siyasi elmlər doktoru Ramiz Sevdimalıyev 11 yanvarda Moskvada keçirilən üçtərəfli görüşü şərh edərkən deyib. Onun sözlərinə görə, Paşinyan bilərəkdən Dağlıq Qarabağ münaqişəsinin bitmədiyini göstərməyə çalışır:

“Paşinyan 10 noyabr bəyanatı ilə başa çatan müharibənin bitməsindən sonra mütəmadi olaraq, Qarabağın statusunu gündəmə gətirir. Halbuki, Azərbaycan Prezidenti dəfələrlə Qarabağın statusunun heç vaxt olmayacağını  bildirib. Həmçinin, Rusiya prezidenti Vladimir Putin Qarabağın Azərbaycan ərazisi olduğunu elan edib".

"Buna baxmayaraq, Ermənistan öz müharibə ritorikasını, düşmənçilik siyasətini davam etdirir. Ona görə də Paşinyanın bu aspektdən çıxışı başadüşüləndir. Paşinyanın problemin hələ də həll olunmadığını göstərmək istəyi öz daxili auditoriyasına hesablanıb. O, başqa cür danışa bilməzdi, çünki erməni ictimaiyyəti hələ məğlubiyyətlə barışmayıb, Paşinyan təhlükələrlə üz-üzədir”.

Politoloq bildirir ki, Paşinyanın 6 noyabrda tutulan terrorçulara hərbi əsir donu geyindirmək cəhdi də özünü müdafiə xarakteri daşıyır:

“26 noyabrda təxribatçı qrup da Azərbaycan ərazisinə Ermənistanın Şirak bölgəsindən göndərilib. İndi isə Paşinyan hücum zamanı ələ keçirilən terrorçuları hərbi əsirlər kimi qələmə vermək istəyir. Halbuki 10 noyabrda imzalanan bəyanatda müharibənin dayandığını və bütün erməni silahlı qüvvələrinin Qarabağ ərazisindən çıxarıldığı yazılıb. Bəs, o silahlılar Qarabağda nə edirdilər? Bu hücüm birmənalı təxribat sayılır və əsir götürülən silahlılar da terrorçudurlar”.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO