“İsa bəyin bu çağrışını alqışlayıram”x9d

“İsa bəyin bu çağrışını alqışlayıram”x9d

Hazırda oxunan: “İsa bəyin bu çağrışını alqışlayıram”x9d

82091
Xəbər verdiyimiz kimi Müsavat Partiyasının fəxri başqanı İsa Qəmbər müqəddəs Ramazan ayının başlanması münasibəti ilə facebook profilində üstüörtülü şəkildə Milli Şura ilə "Yeni Müsavat" arasındakı söz duelinə işarə edərək mübahisə edən tərəfləri sülhə çağırıb və bildirib ki, dalaşanda da elə dalaşmaq lazımdır ki, sabah barışıq üçün imkan olsun. 

Moderator.az-a açıqlama verən Xalq Partiyasının sədri Pənah Hüseyn İsa Qəmbərin bu çağrışını müsbət qarşılayıb:

“Mən İsa bəyin bu çağrışını alqışlayıram, Ramazan, sülh, bərabərlik ayıdır. Bu ayda insanlar aralarında olan problemləri yaddan çıxarmalı, birlik-bərəbərlik mesajları verməlidilər. Mən də İsa Qəmbərin fikirlərini bölüşüb bu gün mübahisə edən tərəfləri sülhə çağırıram”x9d
Xəyal Əzizov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO