Putini Aşqabad aeroportunda niyə qarşılamayıblar? – İlginç SƏBƏB

Putini Aşqabad aeroportunda niyə qarşılamayıblar? – İlginç SƏBƏB

Hazırda oxunan: Putini Aşqabad aeroportunda niyə qarşılamayıblar? – İlginç SƏBƏB

81870

“Bu addım Putinin öz təşəbbüsüdür”. 

Bunu Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Rusiya Prezidenti Vladimir Putinin Xəzər Sammiti çərçivəsində Aşqabada səfəri zamanı aeroportda onu Türkmənistan rəsmilərindən heç kimin qarşılamaması səbəblərindən danışarkən deyib: 
 

MÖVZU İLƏ BAĞLI:

Putin müharibə başlayandan bəri ilk dəfə Rusiyanı tərk etdi


“Əslində hər hansı bir tədbirə gələn dövlət başçılarına münasibətdə qarşılanma mərasimi təşkil olunmalıdır. Aşqabada gələn Putinin Xəzəryanı digər dövlət başçılarından fərqli olaraq aeroportda qarşılanmaması ola bilsin Rusiya Prezidentinin öz təşəbbüsünün nəticəsidir. Yəni həmin addımı birmənalı şəkildə Putin özü təşkil edib”. 

Həmsöhbətimizə görə, Putin bu addımı ilə özünü dünyaya sərbəst, heç kimlə hesablaşmayan adam kimi təqdim etmək istəyir:

“Dünya indi onu ayrı cür, təcavüzkar qismində təqdim edir. Ona görə Putin özü barədə formalaşan bu imici alt-üst etmək üçün özünü dünyaya azad, sərbəst insan kimi təqdim etməyə çalışır.
 

Bununla həmçinin, Putin güc nümayiş etdirdiyini, heç kimlə hesablaşmadığını göstərmək istəyib. Bu müstəvidə də Aşqabada gələrkən şəxsən özü aeroportda rəsmi şəkildə qarşılanmasına qarşı çıxıb. 


Türkmənistan elə güclü dövlət deyil ki, beynəlxalq etiketi pozaraq Putinə qarşı belə demarş nümayiş etdirə bilsin”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO