Putin heç vaxt Qarabağı Azərbaycana qaytarmaz -Rəsul Quliyev

Putin heç vaxt Qarabağı Azərbaycana qaytarmaz -Rəsul Quliyev

Hazırda oxunan: Putin heç vaxt Qarabağı Azərbaycana qaytarmaz -Rəsul Quliyev

81870
Rusiya prezidenti yanında İctimai Palatanın üzvü, politoloq Sergey Markov Moderator.az-a açıqlamasında ilginc açıqlamada bulunaraq "hazırki məqamda Ermənistan Azərbaycan, Dağlıq  Qarabağ münaqişəsinin həllində böyük kompromislər əldə edilməsi istiqmətində böyük imkanlar yarandığını" bildirib.

Həmin yazı bu linkdə---moderator.az/index.php?xeber=81828

Moderator.az Rusiyalı politoloqun bu açıqlamasını şərh etmək üçün eks-spiker Rəsul Quliyevə "Siz Rusiyanın şeytanın qıçını sındırıb nəhayət Azərbaycanın halal torpaqlarını qaytarmaqla bağlı ciddi qərar verəcəyinə inanırsınızmi" sualı ilə müraciət edərək ondan aşağıdakı cavabı alıb:

"Markov sadəcə olaraq 1998-ci ildən söylənilən, sonradan hər il bir və ya iki dəfə təkrar olunan fikirləri yenidən təkrarlayıb. Cənab Markov politoloqluğa yaramayan insan kimi şəxsiyyətsizin biridir. O Yeltsinin prezidentliyində  demokrat, Putinin prezidentliyində isə Putinçidir.Ümumiyyətlə, dünyada baş verənləri hökmən Putinə yarınmaq stilində izah etməyə çalışdığı üçün öz ölkəsində onu heç kim ciddi qəbul etmir. Daha doğrusu, saraya qulluq etməyə cəhd edən Markovu sarayın sahibi yaxın buraxmır, baxmayaraq o artıq azı 12 ildir buna cəhd edir. Yeltsinin vaxtında Kozırev (XİN) Qarabağın Azərbaycana verilməsinə qarşı çıxmırdı. Ancaq hərbçilər və FTX Qarabağ problemindən istifadə edərək həm korrupsiya və rüşvətlə pul qazanmaq, həm də hər iki respublikanı əbədi asılı vəziyyətdə saxlamaq strategiyasını yaratdılar və həmin o strategiya bu gün də davam etdirilir. Özünün xüsusi missiya ilə Rusiyaya göndərilməsinə inanan və artıq müqəddəslər cərgəsinə düşməyin astanasında olduğuna inanan psixi xəstəlik səviyyəsinə çatmış ambisioz Putin heç vaxt Qarabağı Azərbaycana qaytarmaz. Yəni Putinin prezidentliyi dövründə belə bir iş əgər Azərbaycan Rus qoşunlarını Azərbaycanda yerləşdirməyə icazə versə baş verə bilər. Bu isə tək Qarabağı yox, btövlüklə Azərbaycanı itirmək deməkdir. Ermənistanda heç bir prezident DQ-ın müstəqil olmadığı sənədə imza atmaz. Belə bir sənədə imza atmaq üçün gərək öz maraqlarını xalqın maraqlarından aşağı tutmağı bacarasan. DQ problemini erməni variantına imza atsa Əliyev,  Azərbaycan variantına imza atsa Sarqisyan xalqının müvəqqəti düşməni hesab ediləcək. Vəzifələrini saxlamaq mümkün olmaz və çox ehtimal terrora da məruz qala bilərlər. Misirlə İsrailin müqaviləsinə imza atan Ənvər Sədat ona terrorun ediləcəyinə 100 faiz əmin idi. Hətta imzaladıqdan sonra İsrailin baş nazirinə "Siz artıq Qahirəyə mənim dəfnimə gələ bilərsiniz" demişdi. İmza atanda populyarlığını absolyut itirmiş və bir neçə aydan sonra qətlə yetrilmiş Ənvər Sədat bu gün (Camal Əbdül Nasirdən də) Misirin ən hörmətli prezidenti sayılır. Dağlıq Qarabağda yaşayan ermənilərin Azərbaycanın tərkibində yaşamağa razılıq verməsi müşkülləşib. Bu insanların yaşayış şəraiti Ermənistandan qat - qat yuxarıdır, çünki dünyanın varlı erməniləri kömək edirlər. Milyardları olan ermənilərin 50 minlik ermənini saxlaması böyük problem deyildir. Onlar artıq belə yaşamağa adət ediblər. Ermənistanı  isə hər il orta hesabla 50 minə yaxın adam tərk edib başqa ölkələrə köçürlər, onların maksimum 10 faizi Rusiyaya gedir, yerdə qalanlar qərb ölkələrinə. Bu minvalla Ermənistanda 70 ilə heç kim qalmamalıdır. Ancaq bu 70 ilə dünyada nələr baş verəcəyini proqnazlaşdırmaq çətindir."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO