“Ermənilərlə yalnız güc yolu ilə nəticəyə nail olmuşuq” – Fərid Şəfiyevdən Zəngəzur ŞƏRHİ 

“Ermənilərlə yalnız güc yolu ilə nəticəyə nail olmuşuq” – Fərid Şəfiyevdən Zəngəzur ŞƏRHİ 

Hazırda oxunan: “Ermənilərlə yalnız güc yolu ilə nəticəyə nail olmuşuq” – Fərid Şəfiyevdən Zəngəzur ŞƏRHİ 

81676

İyunun 29-da Rusiyanın “İzvestiya” qəzeti Azərbaycanla Naxçıvanı birləşdirən avtomobil yolu ilə bağlı Bakı və İrəvan arasında razılığın əldə olunduğu haqqında məlumat yayıb.

Qeyd olunub ki, iyunun 3-də baş nazirlərin müavinləri səviyyəsində keçirilən üçtərəfli müzakirələrdə tərəflər yolun 40 kilometrlik hissəsinin keçəcəyi marşrutu razılışadırıblar və yalnız dağlıq ərzidən keçən 6 kilomterlik məsafənin texniki-layihələndirmə işləri qalıb ki, bu da Rusiyanı  “Avtodor” şirkəti tərəfindən aparılır.

Xatırladaq ki, Ermənistan baş nazirinin müavini Mher Qriqoryan da bir neçə gün öncə mətbuata verdiyi açıqlamada regional kommunikasiyalarla bağlı tərəflərin mövqelərində yaxınlaşmanın olduğunu açıqlamışdı.

Bütün bu sadalananlar isə Zəngəzur dəhlizinin reallaşması ilə bağlı bütün maneələrin aradan qaldırıldığı ehtimallarını artırıb.

Lakin...

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin sözlərinə görə, ermənilərlə hər hansı məsələnin yüz faiz həll olunacağını əvvəlcədən demək çətindir:

“Təcrübə göstərir ki, ermənilərə qarşı yalnız təzyiq və güc yolu ilə nəticəyə nail olmuşuq. Burada da müəyyən qədər təzyiq metodundan istifadə olunub. Artıq ermənilər də başa düşdülər ki, bizim İranla layihəmiz mövcuddur və onlar Zəngəzur layihəsini həyata keçirməsələr, ümumiyyətlə, regional nəqliyyat əlaqələrindən kənarda qalacaqlar. Bu, Rusiyanın da maraqlarına uyğun deyil. Azərbaycanın diplomatik manevrləri və Rusiyanın təzyiqləri burada böyük rol oynayıb”.
 

MÖVZU İLƏ BAĞLI:

Fərid Şəfiyev: "Ermənistandan keçidlə bağlı mübahisələr hələ də davam edir"


BMTM İdarə Heyətinin sədri əlavə edib ki, Ermənistan tərəfi dəmir yoluna əvvəldən razılıq vermişdi:

“Hələ ötən ilin dekabrında bu sahədə razılıq əldə olunmuşdu. İndi isə avtomobil yoluna demək olar ki, razılıq verilib. Yalnız dağlıq ərazidən keçən 6 km-lik hissənin layihəsi bəlli deyil. Nəticə olaraq, ermənilər razılıq veriblər. Amma yüz faiz nəticənin əldə olunduğunu demək çətindir. Çünki danışıqlar prosesində irəliləməyə nail olduğumuz zaman ermənilər hər dəfə bir hoqqa çıxarırlar”.

Fərid Şəfiyev layihədə Rusiya şirkətlərinin iştirakının və Moskvanın fəallığının prosesə mümkün təsirlərini də şərh edib:

“Bunun hər hansı təhlükəsi yoxdur. Onsuz da 10 üçtərəfli bəyanata baxsaq görə bilərik ki, Zəngəzurdan keçən nəqliyyat xətlərinə Rusiyanın nəzarəti məsələsi orada öz əksini tapmışdı”.

Onu da əlavə edək ki, Rusiya nəşrinin məlumatında Azərbaycanı Naxşıvana birləşdirəcək avtomobil yolunun SSRİ dönəmində işlək olan istiqamət üzrə, yəni Araz çayı boyunca salınacağı öz əksini tapıb.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO