Azərbaycan Prezidenti:

Azərbaycan Prezidenti: "Tarixi-mədəni irsimiz ermənilər tərəfindən məhv edilib"

Hazırda oxunan: Azərbaycan Prezidenti: "Tarixi-mədəni irsimiz ermənilər tərəfindən məhv edilib"

81660

Bizim tarixi və mədəni irsimiz işğal dövründə ermənilər tərəfindən məhv edilib. İşğaldan azad olunmuş ərazilərə səfər edənlər bu vəhşiliyin miqyasını öz gözləri ilə görürlər. 

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Qoşulmama Hərəkatının Bakı konfransında çıxış edir – CANLI


Dövlətimizin başçısı bildirib ki, on minlərlə insan azad olunmuş ərazilərə səfər edib.

Onların arasında xarici siyasətçilər, parlamentlərin sədrləri və üzvləri, ekspertlər və sadə vətəndaşlar da var. 

“Məscidlərimizin təhqir olunmasını, mədəni abidələrimizə qarşı törədilən vəhşilikləri hamı görüb. Təəssüf ki, ermənilərin bu vəhşiliklərinə qarşı etinasızlıq nümayiş etdirilib”, - deyə Prezident İlham Əliyev vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO