Bu gün Azərbaycanın Milli Müstəqillik Günüdür

Bu gün Azərbaycanın Milli Müstəqillik Günüdür

Hazırda oxunan: Bu gün Azərbaycanın Milli Müstəqillik Günüdür

816

XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini bərpa etdi. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

Elə bu tarixi sənədlə də xalqımız yetmiş ildən bəri həsrətində olduğu azadlığına qovuşdu.

İndi o vaxtdan düz 29 il keçir.

Müstəqilliyin ilk illərində Azərbaycan istər siyasi, istər iqdisadi, istər mədəni sferada çox zərbə aldı. Torpaqlarımız işğal edildi, sənayemiz çökdü, insanlarımız əsir və qaçqın oldu.

Lakin bütün çətinliklərdən ölkəmiz üzüağ, alnıaçıq çıxmağı bacardı.

Bu günün Azərbaycanı 29 il əvvəlki Azərbaycandan istər siyasi, istər iqdisadi, istər mədəni cəhətdən müqayisəedilməz dərəcədə güclüdür.

İndi Azərbaycanın güclü ordusu var və bu ordu işğal altında olan torpaqlarımızı bizə qaytarmağı bacarır!

Bu gün Azərbaycan Respublikası öz müstəqilliyinin 29-cu ilini daha inamla qeyd edir. Çünki indi Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Qələbə bizimlədir!

Bizim Media.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO