Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Hazırda oxunan: Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

81468

Bu il Tbilisidə Azərbaycanla Gürcüstan arasında Hökumətlərarası Komissiyanın iclası, eləcə də iki ölkənin iş adamlarının iştirakı ilə biznes forum keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zviad Chumburidze Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes forumunda bildirib. 

"Əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Post pandemiya dövründə daha da aktiv olmalıyıq. Bugünki tədbir ikitərəfli əlaqələrə, əməkdaşlığa töhfə verəcək.
Ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Uzun əsrlər davam edən münasibətlər var, post pandemiya dövründə bir neçə yüksək səviyyəli görüşlər həyata keçirilib. Biz bir sıra istiqamətlərdə əməkdaşlıq edirik", - deyə o, qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO