İlham Əliyev: “Şavkat Mirziyoyevlə ünsiyyət qurmaq üçün tərcüməçiyə ehtiyac yoxdur” - VİDEO

İlham Əliyev: “Şavkat Mirziyoyevlə ünsiyyət qurmaq üçün tərcüməçiyə ehtiyac yoxdur” - VİDEO

Hazırda oxunan: İlham Əliyev: “Şavkat Mirziyoyevlə ünsiyyət qurmaq üçün tərcüməçiyə ehtiyac yoxdur” - VİDEO

80563

Ötən gün Xivə şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə ziyafət təşkil edilib. Konsert proqramı başa çatdıqdan sonra Azərbaycan və Özbəkistan prezidentləri incəsənət ustaları ilə söhbət ediblər.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bildirib ki, Şavkat Mirziyoyevlə ünsiyyət qurmaq üçün tərcüməçiyə ehtiyac yoxdur.

O, qeyd edib ki, Azərbaycan və özbək xalqları çox yaxındır və eyni kökə malikdir.

Prezident onu da bildirib ki, Özbəkistan lideri Şavkat Mirziyoyev çıxış edən hər bir sənətçinin adını çəkib, onun həyat hekayəsini danışıb.

"Bu, liderinizin hər birinizlə şəxsən maraqlandığını göstərir" deyə prezident bildirib. 
İlham Əliyev onu da etiraf edib ki, bu səfər zamanı çiçəklənən yeni Özbəkistanı kəşf edib.

Azərbaycan Prezidenti ümidvar olduğunu bildirib ki, Azərbaycan və özbək xalqları bir yumruq kimi birləşəcəklər.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO