“RİA Novosti”nin Azərbaycanda bloklanması ilə bağlı Moskvanın MÖVQEYİ

“RİA Novosti”nin Azərbaycanda bloklanması ilə bağlı Moskvanın MÖVQEYİ

Hazırda oxunan: “RİA Novosti”nin Azərbaycanda bloklanması ilə bağlı Moskvanın MÖVQEYİ

80475

Rusiya və onun tərəfdaşları mövcud olan və yeni yaranan problemləri ikitərəfli formatda həll edirlər. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “RİA Novosti”nin Azərbaycanda bloklanması ilə bağlı sualı cavablandırarkən deyib.

“Mən həmişə deyirəm ki, media və onların fəaliyyəti ilə bağlı məsələlərin həlli iki fundamental əsasa söykənməlidir.

Birincisi, hər şey qanunvericiliyə uyğun həyata keçirilməlidir, ikincisi,  beynəlxalq hüquqda təsbit olunmuş söz azadlığı, jurnalistlərin hüquqlarına hörmət əsas götürülməlidir. Ona görə də biz tərəfdaşlarımızla problemləri ikitərəfli formatda həll edirik. Ümid etmək istərdim ki, belə presedentlər gələcəkdə mümkün qədər az olacaq, media sahəsində saxta və dezinformasiyaya qarşı əlaqələrimiz inkişaf edəcək.” - deyə Zaxarova fikrini yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO