Lavrovun Azərbaycana səfərinin gündəliyi AÇIQLANDI

Lavrovun Azərbaycana səfərinin gündəliyi AÇIQLANDI

Hazırda oxunan: Lavrovun Azərbaycana səfərinin gündəliyi AÇIQLANDI

80424

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana iyunun 23-24-də baş tutacaq işgüzar səfərinin gündəliyi açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bugünkü brifinqdə danışıb.

Onun sözlərinə görə, Lavrovun azərbaycanlı həmkarı Ceyhun Bayramovla Bakıda danışıqları, Azərbaycan prezidenti İlham Əliyevlə görüşü gözlənilir.

“Səfər zamanı Rusiya və Azərbaycan prezidentləri tərəfindən 2022-ci il fevralın 22-də Moskvada imzalanmış Müttəfiq əməkdaşlıq haqqında Bəyannaməyə uyğun olaraq ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı bütün məsələlərə baxılacaq.

Bundan əlavə, bir sıra aktual regional və beynəlxalq mövzuların ətraflı müzakirəsi planlaşdırılır. Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlərin həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək.
Nəzərinizə çatdırım ki, bu sazişlər Azərbaycan-Ermənistan münasibətlərini normallaşdırmaq və Cənubi Qafqazı sabitlik və əmin-amanlıq regionuna çevirmək üçün nəzərdə tutulub”, - deyə Zaxarova bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO