Bizim.Media “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bazar günü Azərbaycan DTX-nın rəisi general-polkovnik Əli Nağıyev və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanın Şurnuxu kəndinə yaxın ərazidə görüşləri baş tutub.
MÖVZU İLƏ BAĞLI:
Əli Nağıyev və Abazyan arasında görüş olub
İki ölkənin təhlükəsizlik orqanlarının rəhbərləri əsirlərin geri qaytarılması və itkin düşənlərin axtarışı problemini müzakirə ediblər.
Xatırladaq ki, bu təhlükəsizlik orqanları rəhbərlərinin mediyaya məlum olan ikinci görüşüdür.
Bizim.Media