“Venesiya Komissiyasının “Media haqqında” qanuna dair rəyinin reallıqdan uzaq olduğunu düşünürəm. Əvvəla ona görə ki, rəydə layihənin müzakirəsinin “seçilmiş qruplarla” aparıldığı qeyd olunub. Lakin müzakirələr mətbuat nümayəndələrinin iştirakı ilə baş tutub və KİV-lərdə şəffaf şəkildə işıqlandırılıb. Ona görə də hər hansı “seçilmiş qruplar”dan söhbət gedə bilməz”.
Bu fikirləri Bizim.Media informasiya portalının baş redaktoru Anar Tahirov Avropa Şurası Venesiya Komissiyasının Azərbaycanda yeni qəbul edilmiş “Media haqqında” qanuna verdiyi tələm-tələsik rəyə münasibət bildirərkən deyib.
Baş redaktor qeyd edib ki, Venesiya Komissiyasının rəyindəki ikinci qərəzli məqam isə qanunun guya, media subyektləri tərəfindən anlaşılan olmamasıdır:
“Lakin qanunda bütün lazımi müddəalar izahları ilə birgə öz əksini tapıb.
Üçüncüsü isə qanunda media subyektlərinin xaricdən maliyyələşməsi ilə bağlı da Venesiya Komissiyasınınn rəyində qeyd olunduğu kimi, hər hansı qadağa mövcud deyil.
Müvafiq qanunda bütün dünyada geniş tətbiq olunan maliyyə məlumatlarının MEDİA-ya təqdim olunması müddəası öz əksini tapıb. Bu da hesabatlılıq prinsipinin qorunmasından irəli gəlir.
Dördüncüsü, Venesiya Komissiyanın rəyində media reysterinə daxil edilmənin jurnalistlər üçün məcburi yox, könüllü olması məsələsi də yalnış təsvir edilib”.
Anar Tahirov qeyd edib ki, ümumilikdə qanunun əksər müddəaları Venesiya Komissiyasının məsələlərə yanaşması ilə üst-üstə düşür:
“Buna rəğmən Venesiya Komissiyasının müvafiq rəyi verməsində qərəzli yanaşma aydın şəkildə hiss edilir. Bu qərəz, ya Komissiyanın həqiqətən də Azərbaycana qarşı ikili standartlarla çıxış etməsindən, ya da yetərli və obyektiv araşdırma aparmamasından irəli gələ bilər”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:12 / 21.06.2022
Anar Tahirov: “Venesiya Komissiyasının rəyindəki qərəzli yanaşma aydın şəkildə hiss edilir”
Hazırda oxunan: Anar Tahirov: “Venesiya Komissiyasının rəyindəki qərəzli yanaşma aydın şəkildə hiss edilir”
Hazırda oxunan: Anar Tahirov: “Venesiya Komissiyasının rəyindəki qərəzli yanaşma aydın şəkildə hiss edilir”
80302
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.