İlham Əliyev: “İki ildən sonra ilk rəsmi səfərimi qardaş Özbəkistana edirəm”

İlham Əliyev: “İki ildən sonra ilk rəsmi səfərimi qardaş Özbəkistana edirəm”

Hazırda oxunan: İlham Əliyev: “İki ildən sonra ilk rəsmi səfərimi qardaş Özbəkistana edirəm”

80284

“İlk növbədə, qardaş Özbəkistana səfərə dəvətə görə Şavkat Miromonoviçə dərin təşəkkürümü bildirmək istərdim. Şavkat Miromonoviçin qeyd etdiyi kimi, pandemiya ilə əlaqədar mən özümün bütün rəsmi səfərlərimi dayandırdım, iki ildən artıq müddətdə rəsmi səfərlər etmədim.

Pandemiya ilə bağlı vəziyyət imkan verəndən sonra mən ilk rəsmi səfərimi qardaş Özbəkistana edirəm. Bu, bizim münasibətlərimizin təzahürü, xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Daşkənddə Heydər Əliyev Meydanının açılışı zamanı Özbəkistanda dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Şavkat Mirziyoyevlə görüşdü – FOTO


“Əziz qardaşım Şavkat Miromonoviçin bu təşəbbüsünə, Daşkəndin mərkəzində atam Heydər Əliyevin xatirəsinə həsr edilmiş belə gözəl guşə yaradılmasına görə ona çox təşəkkür edirəm. Küçə, meydan, barelyef, gözəl park – bunlar Azərbaycan xalqının böyük Liderinin xatirəsinə, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətidir.

Biz Azərbaycanda bunu çox yüksək qiymətləndiririk, çox təşəkkür edirik və bunu özbək qardaşlarımızın bizim Ulu Öndərə, ortaq tariximizə həqiqətən qardaşcasına münasibəti hesab edirik. Bu, həm də Heydər Əliyevin bütün həyatını həsr etdiyi bütün Azərbaycan xalqına hörmətdir”, deyə Azərbaycan lideri qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO