Özbəkistanla bir sıra sənədlər imzalandı - NAZİRDƏN PAYLAŞIM / FOTO

Özbəkistanla bir sıra sənədlər imzalandı - NAZİRDƏN PAYLAŞIM / FOTO

Hazırda oxunan: Özbəkistanla bir sıra sənədlər imzalandı - NAZİRDƏN PAYLAŞIM / FOTO

80147

Bu gün Azərbaycanla Özbəkistan arasında keçirilən biznes forum çərçivəsində ölkələr arasında bir sıra sənədlər imzalanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "Twitter" hesabında paylaşım edib.

"Özbəkistan-Azərbaycan biznes forumu çərçivəsində imzalanan sənədlər əqli mülkiyyət, sənaye, enerji, tikinti, turizm, ixrac və investisiyaların təşviqi, ticarət, KOB-lar və s. sahələrdə yeni əlaqələrin qurulmasına, biznes qurumlarımız arasında əməkdaşlığın genişlənməsinə əlavə imkanlar yaradacaq", - deyə nazir qeyd edib.

M.Cabbarov vurğulayıb ki, Özbəkistan-Azərbaycan biznes forumunda ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, biznes dairələrinin əlaqələrinin genişləndirilməsi imkanlarını nəzərdən keçirilib: 

“Özbəkistan iş adamlarını ölkəmizdə yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa dəvət etdik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO