Sabah 3 ölkə lideri Moskvada görüşəcək - RƏSMİ

Sabah 3 ölkə lideri Moskvada görüşəcək - RƏSMİ

Hazırda oxunan: Sabah 3 ölkə lideri Moskvada görüşəcək - RƏSMİ

8012

Görüşdə 9 noyabr bəyanatının icrası müzakirə olunacaq.

Bizim.Media Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, sabah Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskva görüşü baş tutacaq.
 

MÖVZU İLƏ BAĞLI:

PAŞİNYANIN SÖZÇÜSÜ: “Moskva görüşündə ərazi məsələləri müzakirə edilməyəcək”


İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyanın görüşündə noyabrın 9-u imzalanan bəyanatın icra vəziyyəti və regionda mövcud problemlərin həlli müzakirə olunacaq. Bununla yanaşı hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş rayonların sakinlərinə yardım, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin açılıb, inkişaf etdirilməsi ətrafında da fikir mübadiləsi planlaşdırılır.

Eyni zamanda, Putinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla təkbətək söhbətləri də nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO