"Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf strategiyasını müasir dövrün tələblərinə uyğun olaraq qətiyyət və ardıcıllıqla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası dinamik inkişaf yolunda inamla irəliyə addımlayır. Həyata keçirilən islahatlar, irimiqyaslı layihələr, möhtəşəm quruculuq işləri ölkəmizin iqtisadi gücünün artırılmasına, xalqımızın rifahının daha da yüksəldilməsinə xidmət edir. Əlverişli biznes və investisiya mühitinin formalaşdırılması nəticəsində isə özəl sektorun tərəqqisi və genişlənməsi, sahibkarlığın sürətli inkişafı üçün zəruri şərait və imkanlar yaradılıb. Məhz bu şəraitdə fəaliyyətə başlayan “AZ İmport”x9d MMC əsaslı tikintidən bərpa-təmir işlərinədək bütün layihələri müasir texnologiyalarla həyata keçirən müəssisə kimi özünü təsdiq edə bilib."
Moderator.az-ın məlumatına görə, “AZ İmport”x9d MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda belə deyilir.
Bildirilir ki, bütün layihələri müasir inşaat texnologiyalarının və yüksək keyfiyyət standartlarının tətbiqi ilə yerinə yetirən “AZ İmport”x9d MMC də 10 ildən çoxdur ki, Azərbaycanın inşaat sektorunda çalışır, xüsusən, paytaxt Bakıda aparılan tikinti-abadlıq işlərində fəal iştirak edir. Özünün müasir və parlaq memarlıq xüsusiyyətləri ilə paytaxt sakinlərinin və qonaqlarının zövqünü oxşayan Bakı Bulvarı, İzmir, Sabir, Dədə Qorqud, Atatürk, Liman parkları, Dağüstü park, Venesiya, Zabitlər, Motsart bağları, 6, 18, 23, 41 saylı orta məktəblər, Fransız məktəbi, Musiqili Komediya Teatrı, Dövlət Bayrağı Meydanı, Atəşgah Dövlət Tarixi Memarlıq Abidəsi və digər yaraşıqlı tikillər, Buzovna-Zuğulba-Bilgəh magistral yolunun abadlaşdırılması müəssisənin mühəndis və inşaatçılarının fədakar əməyinin bəhrəsidir.
“Lakin “AZ İmport”x9d MMC haqqında son vaxtlar bəzi kütləvi informasiya vasitələrində yanlış məlumatların yayılması burada çalışan çoxsaylı peşəkar mütəxəssislərin, mühəndis, memar və dizaynerlərin narhatlığına səbəb olub. Belə ki, jurnalistlərin bilərəkdən və ya bilməyərəkdən, həqiqətə uyğun olmayan, təsdiqlənməyən faktlar və şayiələr əsasında qələmə aldıqları, bəzən qərəzli xarakter daşıyan yazılar müəssisənin normal fəaliyyətinə mənfi təsir göstərir. Xüsusən, bəzi kütləvi informasiya vasitələrinin bir müddət əvvəl şübhəli şəxs qismində saxlanılmış Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovu “AZ İmport”x9d MMC-nin sahibi kimi göstərməsi ictimaiyyəti çaşdırır, müəssisənin işgüzar nüfuzuna kölgə salır”x9d ”“ deyə, məlumatda qeyd olunur.
Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsi bildirir ki, 2011-ci ilin aprel ayında dövlət qulluğunda fəaliyyətə başladığı vaxtdan Rəşad Məmmədovun “AZ İmport”x9d MMC ilə hüquqi əlaqələrinə xitam verilib, onun müəssisənin idarəçiliyi və təsəsrrüfat fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Bundan başqa, “AZ İmport”x9d MMC-nin Bakı şəhərində bina və tikililərin yanğına davamsız zərərli materiallarla üzlənməsində iştirakı barədə yazılanlar da əsassız və yanlışdır. Belə ki, müəssisənin həmin materialların istehsalını və istifadəsini həyata keçirən “Global Construction”x9d şirkəti ilə tərəfdaşlıq və əməkdaşlıq əlaqəsi olmayıb: “Azərbaycanın inşaat sektorunda çalışan məsuliyyətli və nümunəvi müəssisələrdən biri olaraq “AZ İmport”x9d MMC özünün bütün layihələrində insan sağlamlığına təhlükəli törətməyən, tibbi və ekoloji standatrlara tam cavab verən ən keyfiyyətli tikinti materiallarından, müasir yerli və xarici texnologiyalardan istifadə edir. Peşəkar işçi-mütəxəssis komandası, texniki-intellektual potensialı ilə müəssisə bundan sonra da ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfəsini vermək, tikinti-quruculuq layihələrinin icrasında fəal iştirak etmək əzmindədir”x9d.
Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsi jurnalistləri diqqətli olmağa, yanlış və dəqiqiləşdirilməmiş fakt və məlumatları yaymamağa çağıraraq bildirir ki, “AZ İmport”x9d MMC-nin fəaliyyəti barədə hər bir vətəndaş və media nümayəndəsini maraqlandıran suallara cavab verməyə hazırdır.
































































































