İyunun 17-si gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun dövlət sərhədinin Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilir ki, Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Bizim.Media