Xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus ilə görüşüb.
Bizim.media Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, tərəflər ÜST və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini yüksək qiymətləndiriblər.
Ceyhun Bayramov ölkəmizin ÜST ilə əməkdaşlığa yüksək önəm verdiyini qeyd edib; bu günədək ÜST-ün ölkəmizdə həyata keçirdiyi layihələrin, habelə Azərbaycanın pandemiya ilə mübarizədə irəli sürdüyü təşəbbüslərin əhəmiyyəti vurğulanıb.
Baş direktor Azərbaycanın COVID-19 ilə mübarizədə çoxsaylı ölkələrə göstərdiyi yardımı və qlobal sağlamlığa vetdiyi töhfəni minnətdarlıqla qeyd edib.
C.Bayramov qarşı tərəfə münaqişədən sonrakı mərhələdə bölgədə aparılan quruculuq işləri və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz geri dönüşünü təmin etmək üçün atılan addımlar barədə məlumat verib.
ÜST-ün rəhbəri Azərbaycana müvafiq dəstəyi göstərməyə hazır olduğunu bildirib. Görüşdə, həmçinin beynəlxalq gündəliyin aktual məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
23:45 / 16.06.2022
Ceyhun Bayramov ÜST-ün baş direktoru ilə görüşdü
Hazırda oxunan: Ceyhun Bayramov ÜST-ün baş direktoru ilə görüşdü
Hazırda oxunan: Ceyhun Bayramov ÜST-ün baş direktoru ilə görüşdü
79615
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.