Boris Consondan İlham Əliyevə təşəkkür məktubu - FOTO

Boris Consondan İlham Əliyevə təşəkkür məktubu - FOTO

Hazırda oxunan: Boris Consondan İlham Əliyevə təşəkkür məktubu - FOTO

79529

Böyük Britaniyanın Baş naziri Boris Conson Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Bizim.Media xəbər verir ki, o, bu barədə IX Qlobal Bakı Forumunun başlaması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktubda bildirib.
 

“IX Qlobal Bakı Forumunun açılışı münasibətilə sizi təbrik edirəm. Keçmişin, indinin və gələcəyin liderlərinə günün an aktual problemlərini nəzərdən keçirmək üçün bu mühüm fürsəti təmin etdiyiniz üçün bir daha təşəkkür edirəm”, - deyə Baş nazir vurğulayıb.


Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp da “Twitter” hesabında bununla bağlı paylaşım edərək “Məktub mühüm məsələləri əhatə edir: Ukrayna, enerji təhlükəsizliyi və yaşıl enerji, minatəmizləmə, iqtisadiyyatın bərpası və Azərbaycanın NATO-ya dəstəyi”, - deyə əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO